. Love.az

Yuxari Yarimadasi - Wikipedia - Love.az

Ana Səhifə - Yuxari Yarimadasi

Miçiqanın yarımadası (ing. Upper Peninsula of Michigan, U.P. [ˈmɪʃɨɡən]) — Miçiqan ştatının şimalında, Miçiqan gölü və Huron gölü ilə əhatələnir. Yarımadanın şərqində iki gölü Makinak boğazı birləşdirir.

Yuxarı yarımadası
Upper Peninsula of Michigan
Ümumi məlumatlar
Sahəsi
  • 16.377 mil²
Yerləşməsi
46°30′ şm. e. 86°56′ q. u.HGYO
Akvatoriya Huron gölü, Miçiqan gölü
Ölkə  ABŞ
Yuxarı yarımadası xəritədə
Yuxarı yarımadası
Yuxarı yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Miçiqanın Yuxarı yarımadası ştat ərazisinin ¼ hissəsini təşkil etsə də, ümumi əhalisinin 3 % təşkil edir. Əhalinin azlığına səbəb iqliminin sərt olması və qışda dünya ilə əlaqəsinin kəsilməsi ilə əlaqədardır.[1]

Əsas məşğuliyyat — meşəçilik, faydalı qazıntıların çıxarılması (dəmir, kömür) və turizm.

Turizm

redaktə

Yarımadanın əlçatmazlığı təbiət həvaskarlarını özünə cəlb edir. Burada Ayl-Royal milli parkı vardır. Yarımadanın müəyyən yerlərində Balıq ovu, ovçuluq həyata keçirilir. Qışda isə turistləri dağ xizəyi və itlərlə qarüzərində xizək sürmə kimi daha çox cəlb edir.

Tarix

redaktə

Yarımadanın Viskonsin ştatına yaxınlığına baxmayaraq, Miçiqanın Yuxarı yarımadası Miçiqan ştatının ABŞ-yə birləşməsi zamanı onun tərkibinə daxil idi. Miçiqan bu yarımadaya hüququ Tolid dəhlizinə olan ərazi idiasından imtina etməsi nəticəsində əldə etmişdir (Tolid müharibəsi).

İstinadlar

redaktə
  1. ↑ qapalılıq bölgə əhalisinin psixologiyasınada öz təsirini göstərmişdir
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Miçiqanın_Yuxarı_yarımadası&oldid=8012681"
LOVE.AZ