. Love.az

Zohr Namazi - Wikipedia - Love.az

Ana Səhifə - Zohr Namazi

Zöhr və ya günorta namazı 4 rəkətdir. Əvvəl vaxtı günortadır, son vaxtı isə şam azanına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir.

Mündəricat

  • 1 Zöhr namazının qılınma qaydası
    • 1.1 Niyyət:
    • 1.2 Təkbirətul-ehram:
    • 1.3 Həmd-surə:
    • 1.4 Qunut:
    • 1.5 Ruku:
    • 1.6 2 səcdə:
    • 1.7 Təşəhhüd:
    • 1.8 Təsbihat:
    • 1.9 Salam:

Zöhr namazının qılınma qaydası

redaktə
  • 1-ci rükət
  1. Niyyət;
  2. Təkbir;
  3. Həmd-surə;
  4. Ruku;
  5. 2 səcdə;
  • 2-rükət:
  1. Həmd-surə;
  2. Qunut;
  3. Ruku;
  4. 2 səcdə;
  5. Təşəhhüd;
  • 3-cü rükət
  1. 3 dəfə təsbihati-ərbəə;
  2. Ruku;
  3. 2 səcdə;
  • 4-cü rükət:
  1. 3 dəfə təsbihati-ərbəə;
  2. Ruku;
  3. 2 səcdə;
  4. Təşəhhüd;
  5. Salam.

Niyyət:

redaktə

Zöhr namazı qılıram vacib qürbətən iləllah.

Təkbirətul-ehram:

redaktə

Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir.

Həmd-surə:

redaktə

Fatihə surəsi ilə İxlas surəsi oxumaq.

Qunut:

redaktə

Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Məhəmmədin və ələ əli Məhəmməd" deyilir.

Ruku:

redaktə

Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

2 səcdə:

redaktə

Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

Təşəhhüd:

redaktə

Təşəhhüd deyən zaman oturaq vəziyyəti alırsan. Təşəhhüdün vacibi miqdarı: "Əşhədu ən la ilahə illəlah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Məhəmmədən əbduhu və rasuluh. Allahummə salli əla Məhəmmədin və ali Məhəmməd".

Müstəhəbdir ki, təşəhhüddən əvvəl "Əlhəmdulillah", yaxud "Bismillahi və billah. Və xayrul əsmayu lillah" deyəsən.

Təsbihat:

redaktə

Namazın 3-cü və 4-cü rükətində Həmd-surə əvəzinə oxunur. Təsbihat zamanı 3 dəfə "Subhənallahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər" deyilir.

Salam:

redaktə

Vacibi miqdarı — "Əssəlamu əleykum və rahmətullahi və bərakətuh".

Müstəhəbdir ki, bundan əvvəl "Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh. Əssəlamu əleyna və əla ibadillahis-salihin" deyəsən..

Qeyd: Müsafir olanlar zöhr namazını 2 rəkət qılırlar.

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zöhr_namazı&oldid=8107136"
LOVE.AZ