. Love.az

Zohrab Adigozelzade - Wikipedia - Love.az

Ana Səhifə - Zohrab Adigozelzade

Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (3 iyul 1940, Bakı – 24 may 2012, Bakı) — Azərbaycan pianoçusu, Azərbaycan SSR xalq artisti (1982), professor.

Zöhrab Adıgözəlzadə
Ümumi məlumatlar
Doğum tarixi 3 iyul 1940
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 24 may 2012 (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Uşağı
  • Murad Adıgözəlzadə
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu
Musiqi aləti piano
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19821982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1967

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mükafatları
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Həyatı

redaktə

Zöhrab Adıgözəlzadə 1940-cı il iyulun 3-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent, professor kimi fəaliyyət göstərib. O həm də konsert fəaliyyəti ilə məşğul olub, Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb.

Uzun sürən xəstəlikdən sonra 24 may 2012-ci ildə vəfat edib[1]. Mayın 25-də Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilib.[2].

Ailəsi

redaktə
  • Azərbaycan pianoçusu Murad Adıgözəlzadənin atasıdır.

Mükafatları

redaktə

Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979[3]

Xarici keçidlər

redaktə
  • Zohrab Adıgozelzade plays Fikret Amirov "Miniatures"

İstinadlar

redaktə
  1. ↑ Xalq artisti, məşhur pianoçu Zöhrab Adıgözəlzadə vəfat edib[ölü keçid]
  2. ↑ Bakı Musiqi Akademiyasında Zöhrab Adıgözəlzadə ilə vida mərasimi keçirilib[ölü keçid]
  3. ↑ Respublika ədəbiyyat və incəsənət xadimlərinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 fevral 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zöhrab_Adıgözəlzadə&oldid=6693401"
LOVE.AZ