Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Züleyxa Eylaq qızı Eyvazova (1 aprel 1950, Bakı) – Sovet, Azərbaycan şahmatçısı. Şahmat kompozitoru[1], "Şahmat kompozisiyalarının kraliçaları" (rus. Королевы шахматной композиции) kitabının müəllifi[2], Equipment. Technologies. Materials jurnalının Nəşriyyatın Texniki və Resenzent Qrupun Üzvü[3], Texnika üzrə fəlsəfə doktoru[4], ADNSU-nun dosenti[5].
![]() | |
---|---|
Ölkə | |
Doğum tarixi | 1 aprel 1950(1950-04-01) (75 yaş) |
Doğum yeri |
1950-ci il aprelin 1-də Bakı şəhərində anadan olub. 1957–1967-ci illərdə orta məktəbdə təhsil alıb. 1967–1973-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Neft mexanika fakültəsində təhsil alıb. 1968–1971-ci illərdə Hiproazneft elmi-tədqiqat və layihə konstruktor institutunda texnik vəzifəsində çalışıb. 1972–1974-cü illərdə AzİNMAŞ elmi-tədqiqat və layihə konstruktor institutunda mühəndis vəzifəsində çalışıb. 1974–1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Neft-mədən mexanikası, maşın və mexanizmləri" kafedrasının Sahə laboratoriyada mühəndis, böyük mühəndis və kiçik elmi işçi vəzifələrini tutub. 1981–1982-ci illərdə Moskva şəhərində Patent işləri sahəsində xalq təsərrüfatının rəhbər işçilərinin və mütəxəssislərinin ixtisasının artırılması Mərkəzi Institutunda təhsil alıb və buranı bitirdikdən sonra patentsünas diplomu alıb. 1990–1997-ci illərdə "Neft-mədən mexanikası, maşın və mexanizmləri" kafedrasının assistenti vəzifəsində çalışıb. 1997-ci ildən bu günə qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Neft-qaz avadanlığı" kafedrasının dosenti vəzifəsində çalışır.
1973-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun Neft-mexanika fakültəsi, mühəndis-mexanik.
1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası, "Mancanaq dəzgahları sürüşkən yastıqlı dayaq düyünlərinin avtomatlaşdırılmış layihələndirmə metodu ilə optimal konsruksiya edilməsi", texnika elmləri namizədi alimlik dərəcəsi.
2020-ci il 31 dekabr tarixində Tərəqqi medalı ilə təltif olunub.[7]
45 məqalə, 11 konfrans materialı , 8 dərslik, 11 tədris vəsait , 14 İxtira müəllifidir.