. Love.az

Zuleyxa Haciyeva - Wikipedia - Love.az

Ana Səhifə - Zuleyxa Haciyeva

Hacıyeva Züleyxa Hacıbaba qızı (25 avqust 1923, Bakı) - Azərbaycan diktoru, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri. Azərbaycan Respublikası əməkdar artisti (1979). SSRİ idman ustası (1941). Gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu (1941-48). Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü(2002)

Züleyxa Hacıyeva
Hacıyeva Züleyxa Hacıbaba qızı
Doğum tarixi 25 avqust 1923 (101 yaş)
Doğum yeri Bakı
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fəaliyyəti gimnast
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979

Həyatı

redaktə

Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (1948). Bakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində sədr müavini (1952-1955) işləmiş, 1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olmuşdur. Azərbaycan radiosunda bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.), aparıcısı olmuşdur[1].

Mükafatları

redaktə
  •   "Əməkdar Artist" fəxri adı (1979)
  •   Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (11 iyun 2002)[2]

İstinadlar

redaktə
  1. ↑ "HACIYEVA Züleyxa Hacıbaba qızı". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-02.
  2. ↑ E-qanun.az. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (az.). E-qanun.az. 2002-05-11. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2002-05-11.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Züleyxa_Hacıyeva&oldid=7737771"
LOVE.AZ