Zəhmətabad (əvvəlki adı: Novomixaylovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Zəhmətabad kənd inzibati ərazi dairəsində kənd.[3][4] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Bağbanlar kənd Sovetindəki Novomixaylovka kəndi Zəhmətabad kəndi adlandırılmışdır.[5] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Biləsuvar rayonunun Zəhmətəbad kəndi Bağbanlar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zəhmətabad kənd Soveti yaradılmışdır.[6]
Zəhmətabad | |
---|---|
39°28′19″ şm. e. 48°34′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1392[2] |
Xəritəni göstər/gizlə
|
Kənd XIX əsrin ortalarında Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kənd əvvəllər rusların köçüb gəldiyi yerin adı ilə Abazovka, sonralar Novomixaylovskoye və nəhayət Novomixaylovka adlanırdı. 1991-ci ildən indiki adla adlandırılmışdır. Oykonim rəmzi məna daşıyır.[7]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Muğan düzündə yerləşir. Bəydili, Əliabad, Bağbanlar kəndləri və Biləsuvar şəhəri ilə sərhəddir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[8] | 2800 | 1391 | 1409 |
2009[9] | ↗3374 | ↗1719 | ↗1655 |
Kənddə 748 təsərüffat var.
Kənddə Zəhmətabad kənd kitabxana filialı[10] və Zəhmətabad Poçt Agentliyi (AZ1392)[11] fəaliyyət göstərir.
Kənddə Zəhmətabad kənd tam orta məktəbi və Zəhmətabad kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[12][13]
Bundan başqa kənddə Zəhmətabad kənd uşaq bağçası fəaliyyətdədir.[14]
Kənddə 1991-ci ildə inşa edilmiş Zəhmətabad kənd məscidi yerləşir.[15]
Kənddə Zəhmətabad kənd həkim məntəqəsi yerləşir.[16]