. Love.az

Zekulla Bayramli - Wikipedia - Love.az

Ana Səhifə - Zekulla Bayramli

Bayramlı Zəkulla Niftulla oğlu — filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi,[1] Füzulinin həyat və yaradıçılığı ilə bağlı çoxlu sayda əsərlərin müəllifi.[2]

Zəkulla Bayramlı
Bayramlı Zəkulla Niftulla oğlu
Doğum tarixi 4 sentyabr 1965 (59 yaş)
Doğum yeri Qaravəlli, Ağcabədi rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi filologiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yerləri Azərbaycan Müəllimlər İnstitutu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Təhsili Gəncə Dövlət Universiteti

Mündəricat

  • 1 Həyatı
  • 2 Təhsili
  • 3 Elmi-pedaqoji fəaliyyəti
  • 4 Yaradıcılığı
  • 5 Kitabları
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

Bayramlı Zəkulla Niftulla oğlu 04 sentyabr 1965-ci ildə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuşdur.

Təhsili

redaktə
  • 1972-1982-ci illərdə Qaravəlli kəndi orta məktəbində təhsil alıb.
  • 1990-ci ildə Gəncə Dövlət Universitetinin filologiya fakultəsini Azərbaycan dili və Ədəbiyyyatı ixtisası üzrə bitirib.
  • 1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitututunda aspiranturanı oxuyub.
  • 1994-cü ildə "Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri fikir" mövzusu üzrə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb.

Elmi-pedaqoji fəaliyyəti

redaktə
  • 1990-cı ildə Ağcabədi rayon Qaravəlli kəndi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.
  • 1994-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır.
  • 2013-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda Klassik Azərbaycan Əbəbiyyatını tədris edib.
  • 1994-1998-ci illərdə Azərbaycan Radiosunun "Xarici ölkələrə verlişlər" studiyasının Güney Azərbaycan şöbəsində redaktor, böyük redaktor vəzifəsində çalışıb.

Yaradıcılığı

redaktə
  1. Klassik Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi;
  2. Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri təmaüllər;
  3. Füzuli yaradıcılığı və Şərq renessansı;
  4. Füzuli poeziyasının romantik özəllikləri;
  5. Füzuli poeziyası və Sufizm problemi;
  6. Füzuli nəsrinin sənətkarlıq xüsusiyyətləri.

Kitabları

redaktə
  • "Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri fikir" (monoqrafiya), Bakı:Elm, 2010.
  • Səni kimə deyim kimə söyləyim... (şeirlər), Bakı:Elm, 2015.

İstinadlar

redaktə
  1. ↑ "Bayramlı Zəkulla Niftulla oğlu". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-21.
  2. ↑ "Zəkulla BAYRAMLI, Monoqrafiya". 2016-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-21.

Xarici keçidlər

redaktə
  • Zəkulla BAYRAMLI: Bağdaddan doğan şeir günəşi
  • Bayramlı Zəkulla, Elmi məqalə[ölü keçid]
  • Bayramlı Zəkulla, İtmiş səsin sorağında...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zəkulla_Bayramlı&oldid=7865440"
LOVE.AZ