Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
"Zəng" — Səmimi Fərhad tərəfindən 2014-cü ildə çəkilən Azərbaycan tammetrajlı kinokomediya filmi.
Zəng | |
---|---|
![]() | |
Janr | komediya filmi |
Rejissor | Səmimi Fərhad |
Prodüser | Afət Şeyxəliyeva |
Əsərin müəllifi | Eldar İmanov |
Ssenari müəllifi | Eldar İmanov |
Baş rollarda |
Kəmalə Hüseynova Eldar İmanov Natiq Fərzəliyev |
Operator | Vəli Vəlizadə |
İstehsalçı | Nano Group Production |
İlk baxış tarixi | 29 aprel, 2014, Nizami Kino Mərkəzi, Bakı, Azərbaycan |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 1.10.22 dəqiqə |
Ölkə |
![]() |
Dil | Azərbaycan dili |
İl | 2014 |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Filmin süjet xətti yalan və böhtan olan bir telefon zənginin nəticəsində qonşuluqda qısqanclıq, qısqanclıq isə qeyri adi şəkildə hadisələrin mubahiselere çevrilməsindən bəhs edir. Eyni zamanda bu film Azərbaycan dilinin qorunu saxlanmasına xidmət etmişdir.Kinokomediya Eldar İmanovun “Qonşuluqda qısqanclıq” pyesi əsasında ərsəyə gəlib.Filmdə baş verən hadisələr bir binada yaşayan qonşular arasında cərəyan edir. Qalmaqalın əsas səbəbkarı isə Safura(Telli Hüseynova) adlı dedi-qoduçu xanım olur. Bir zəng səbəbindən bütün qonşular bir-birinə dəyir. Nəticədə polis serjantı (Məmmədağa Əlili) qalmaqalın səbəbini ortaya çıxarır. Filmdə bu gün üçün aktual olan ana dilimizin qorunması məsələsi də qabardılıb. Eldar İmanovun canlandırdığı Arif obrazı hər addımda rus dili kəlməsindən istifadə edənləri tənqid edir.