. Love.az

Zerbeli - Wikipedia - Love.az

Ana Səhifə - Zerbeli

Zərbəli — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun Qarakazımlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Zərbəli
39°18′ şm. e. 48°19′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 409 (2009) nəfər
Xəritəni göstər/gizlə
Zərbəli xəritədə
Zərbəli
Zərbəli

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 Əhalisi
  • 4 İqtisadiyyatı
  • 5 Din
  • 6 Həmçinin bax
  • 7 Xarici keçidlər
  • 8 İstinadlar

Tarixi

redaktə

Kəndin adı talışların orand tayfasının Zərbəlilər tirəsinin məskunlaşması ilə bağlıdır.[mənbə göstərilməlidir]

Toponimikası

redaktə

Dağətəyi düzənlikdədir. Keçmiş adı Zərbəlibəylikənd olmuşdur. Yaşayış məntəqəsi Zərbəli bəy adlı şəxsə məxsus maldar ailələrin oturaqlaşması nəticəsində yaranmış və həmin bəyin adı ila adlanmışdır. Sovet dövründə oykonimin tərkibindəki bəyli sözü ixtisar edilmiş, kəndin adı bir müddət Zərbəlikənd, XX əsrin 30-cu illərindən isə Zərbəli kimi işlənmişdir.[2]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 409 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Din

redaktə

Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.[4]

Həmçinin bax

redaktə
  • Cəlilabad rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zərbəli&oldid=8046848"
LOVE.AZ