. Love.az

Zeride Rustemova - Wikipedia - Love.az

Ana Səhifə - Zeride Rustemova

Zəridə Yunis qızı Rüstəmova (1944) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyasının İmişli və Zərdab rayon komitələrinin keçmiş birinci katibi (1983–1988, 1988–1990), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2007-ci ildən).

Zəridə Rüstəmova
Azərbaycan Kommunist Partiyası İmişli Rayon Komitəsinin birinci katibi
sentyabr 1988 – yanvar 1990
SonrakıXanhüseyn Bəylərov
Azərbaycan Kommunist Partiyası Zərdab Rayon Komitəsinin birinci katibi
avqust 1983 – sentyabr 1988
ƏvvəlkiQalası Cəfərov
Şəxsi məlumatlar
Doğum tarixi 1944
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1964–1991),
  • Yeni Azərbaycan Partiyası (1997–)
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti,
  • Bakı Ali Partiya Məktəbi

Təltifləri
"Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Həyatı

redaktə

Zəridə Yunis qızı Rüstəmova 1944-cü ildə anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu və Bakı Ali Partiya Məktəbini bitirmişdir.[1]

Əmək fəaliyyətinə 1961-ci ildə pioner baş dəstə rəhbəri kimi başlamış, kənd məktəbində müəllim işləmişdir. 1967-ci ildən Azərbaycan LKGİ Ağcabədi Rayon Komitəsinin ikinci katibi, sonra isə birinci katibi olmuşdur. 1977-ci ildən Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon Komitəsinin təşkilat komitəsində təlimatçı, ardınca kolxozda idarə heyəti sədri işləmiş, bir müddət sonra isə yenidən Ağcabədi Rayon Partiya Komitəsində fəaliyyətini davam etdirərək komitənin ikinci katibi olmuşdur. 1983-cü ildə Azərbaycan KP Zərdab Rayon Komitəsinin birinci katibi seçilmiş,[1] 5 il bu vəzifədə çalışdıqdan sonra Azərbaycan KP İmişli Rayon Komitəsinin birinci katibi olmuşdur. Bu vəzifədə 1990-cı ilədək çalışmışdır. 1990–1997-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisinin Aparatında baş mütəxəssis, sonra isə 10 il Təhsil Nazirliyində məsləhətçi işləmişdir.[2]

Zəridə Rüstəmova 1964-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı seçilmiş, Ali Sovetin Qadınların əməyi və məişəti, anaları və uşaqları mühafizə komissiyasının üzvü olmuşdur.[1] "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif edilmişdir. 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.[2] 3 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Рүстәмова Зәридә Јунис гызы // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 340.
  2. ↑ 1 2 Səyyad Aran. Zəridə xanımın zərrələri // 525-ci qəzet. 6 aprel 2013. S. 16.
  3. ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 3 oktyabr 2007. İstifadə tarixi: 10 fevral 2025.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zəridə_Rüstəmova&oldid=8024091"
LOVE.AZ