. Love.az

Zerrin Melek Xanim - Wikipedia - Love.az

Ana Səhifə - Zerrin Melek Xanim

Zərrin-mələk xanım (d. 1824, Şimali Qafqaz - ö. 1842, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin beşinci xanımı.

Zərrin-mələk xanım
osman. زین فلك خانم‎
Şəxsi məlumatlar
Doğum tarixi 1824
Doğum yeri Şimali Qafqaz
Vəfat tarixi 1842
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat səbəbi Vərəm
Dəfn yeri Nəqşidil Sultan türbəsi
Fəaliyyəti əsilzadə
Atası Arslan bəy Qılınc
Anası Şaşa Lu
Həyat yoldaşı I Əbdülməcid
Uşağı Behiyə Sultan
Dini Əhlis-Sünnə

Həyatı

redaktə

Zərrin-mələk xanım əslən abxaz olub, 1824-cü ildə Şimali Qafqazda dünyaya gəldi. Atası abxaz əsilzadələrdən Arslan bəy Qılınc, anası isə onun xanımı Şaşa Ludur. Hələ 5-6 yaşlarında ikən bacısı İhvan xanım (1821-1907), dayısı qızı Əsmahan Lu (1823-1898) və əmisi qızı Əfra Qılıncla (1826-1881) birlikdə Osmanlı sarayına göndərildi. 3 qız uşağı sarayın hərəmində təlim-tərbiyə edildi.

Hərəmdəki təlim-tərbiyə illərində Bəzmialəm Validə Sultanın nəzərini cəlb etdi və onun istəyilə mükəmməl təhsillə yanaşı rəssamlıq təhsili də aldı. 1839-cu ildə Sultan Əbdülməcidlə keçmiş Çırağan sarayında evləndi. 1841-ci ildə yeganə övladı olan Behiyə Sultanı dünyaya gətirdi. Ancaq 1 il sonra vərəmdən vəfat etdi. Cənazəsi Nəqşidil Validə Sultan türbəsinə dəfn edilmişdir.

Bacısı daha sonra saraydan ayrıldı və abxaz bəylərindən Tahir bəylə evləndirildi. Oğlu Emin bəy Sultan Əbdülhəmid səltənətində sarayda xidmət etmişdir.

Dayısı qızı Əsmahan xanım İclal adını aldı və Bəzmialəm Validə Sultanın nədimələrindən oldu. Onun vəfatından sonra Sultan Əbdülməcidin üçüncü xəzinədarı olaraq xidmət etdi. Daha sonra saraydan ayrıldı və şəxsi mülkü olan Ortaköy köşkündə yaşadı. Heç evlənmədi.

Əmisi qızı Əfra xanım isə Gəryalfər adını aldı və öncə Zərrin-mələk xanımın, daha sonra isə Bəzmialəm Validə Sultanın nədimələrindən oldu. Onun vəfatından sonra isə Sultan Əbdülməcid və Sultan Əbdüləzizin hərəmində xəzinədar olaraq xidmət etdi. Sultan Əbdüləzizin devrilməsi və qətlindən sonra Pərtəvniyal Validə Sultanın nədiməsi olaraq ölümünədək onunla qaldı.

Övladları

redaktə
  • Behiyə Sultan (d. 22 fevral 1841 - ö. 3 iyun 1847)

Mənbə

redaktə
  • Açba, Harun. Kadın efendiler: 1839-1924. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1
  • Sakaoğlu, Necdet. Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler (тур.). — Oğlak Yayıncılık, 2015. — С. 574—575. — ISBN 978-9-753-29623-6
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zərrin-mələk_xanım&oldid=6909518"
LOVE.AZ