Zəylik — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd.[1] Hopurlu və Şeyinli kəndləri ilə birlikdə Zəylik kənd inzibati ərazi dairəsini təşkil edirlər.[2]
Zəylik | |
---|---|
![]() | |
40°01′25″ şm. e. 45°56′08″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Yaşayış məntəqəsi adını Zəylik çayının adından almışdır.[3] Bu kəndin yerləşdiyi ərazidə kristal şəklində «Zəy» adlanan kimyəvi maddə çıxır. Zəy bəzi mikrobları məhv edir. Zəylik sözü buradan götürülmüşdür.[4]
Zəylik kəndinin əsası XVII əsrin sonlarına doğru İraqın Kərkük vilayətində yaşamış Farukhanlı (Faruxkanlı) tayfasından olan Alıpənah (Alpana) və Həsən (boyu və barmaqları uzun olduğundan el arasında Şana ləqəbi ilə çağırılırmış) adlı iki qardaşın törəmələri tərəfindən qoyulmuşdur. Onlar Kərkükdən Qərbi Azərbaycanın Dərələyəz mahalına köçmüş və bir müddət orada yaşadıqdan sonra Kəlbəcərin Zar kəndinə gəlmişlər. Lakin burada su olmadığından Zəylik çayının sahilinə köçüb orada məskunlaşmışdılar.
Zəylik kəndi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]
Zəylik kəndinin əhalisi əsasən bu tayfalardan ibarətdir. Alıpənah (Alpana) oğulları. Bu tayfaya Hacı uşağı–Hacı Babaverdinin törəmələri, Məşədi uşağı–Məşədi Şahzadənin törəmələri, Sultan uşağı–Kərbəlayi İmamverdinin (İmamverdi cavan yaşlarında vəfat etdiyindən tayfa onun xanımının adı ilə–Sultan uşağı adlandırılmışdır) törəmələri, Xudaverdi uşağı–Kərbəlayi Xudaverdinin törəmələri, Şahverdi uşağı və Həsən uşağı.
Həsən (Şana) oğullarına isə bu tayfalar aiddir: Bayram uşağı–Məşədi Bayramın törəmələri. Haqverdi uşağı, Tanrıverdi uşağı, Ələsgər uşağı–Məşədi Ələsgərin törəmələri və Məhərrəm uşağı–Məşədi Məhərrəmin törəmələri.
The towns' capture came at staggering human costs, creating 250,000 new Azerbaijani refugees. Civilians fled Kelbajar in April through high mountains still covered with snow. Refugees claimed that hundreds of people froze to death attempting to flee.