. Love.az

Zahide Xatun - Wikipedia - Love.az

Ana Səhifə - Zahide Xatun
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Zahidə xatun (?-?) — Eldənizlər sülaləsinin ikinci atabəyi Məhəmməd Cahan Pəhləvanın arvadlarından biri.

Zahidə xatun

Həyatı

redaktə

Ondan Cəlaliyyə adlı qızı olmuşdur. Ərinin ölümündən (1186) sonra Naxçıvanda yaşamış, Eldənizlərin xəzinəsi yerləşən Əlincə qalasının sahibi olmuşdur. İlk atabəy Şəmsəddin Eldənizin dövründən atabəylərə tabe torpaqlardan gələn bütün gəlirlər bu xəzinədə saxlanılırdı. Cahan Pəhləvanın türk qızı Qətibə (Qutey bə) xatundanolan oğlu Əbu Bəkr əmisi Qı zıl Arslanı öldürülən kimi (1191) Naxçıvana gələrək, Əlincə qalasını və oradakı xəzinəni ələ keçirir. Mənbələrdəki məlumatın təhlili Zahidə xatunun bundan sonra, görünür, Cahan Pəhləvanın hələ 1175-ci ildə Ağsunqurilərdən geri aldığı Təbrizə köçdüyünü və bu şəhərin hakimi olduğunu təsdiq edir. Tarixçi əl-Hüsey nin məlumatına görə, atabəy Əbu Bəkr öldükdən (1210) sonra Naxçıvana, oradanda Culfaya, Mərəndə vəb. Azərb. şəhərlərinə hücum edən gürcülər Zahidə xatunun hakimlik etdiyi Təbrizi də mühasirəyə alırlar. Şəhər rəisləri ilə məsləhətlə şən Zahidə xatun Təbrizi qarətdən və dağıntıdan xilas etmək üçün gürcülərə o qədər mal, pul, qızıl bac verir ki, "böyükdən kiçiyə kimi bütün gürcülər dövlətlənirlər". Son atabəy Özbək dövründə Naxçıvan Zahidə xatunun qızı, Özbəyin ata bir bacısı Cəlaliyyənin mülkü olmuşdur.

Ədəbiyyat

redaktə
  • Bünyadov Z. M., Azərbaycan Atabəyləri dövləti [1136–1225], B., 1985;
  • An – Nasavi Şixabaddin, Jizne opisanie sultana Djalal ad-Dina Mankburnı, B. 1973;
  • A l – X u s e y n i S a d r a d d i n A l i, Ax bar ad-da u lat as-Sel d cu kiyə, M.,1980.

İstinadlar

redaktə
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zahidə_xatun&oldid=7879512"
LOVE.AZ