Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 43 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Zakir Tülü oğlu Məhərrəmov (14 fevral 1954, Mığırlı, Bolnisi rayonu) — Texnika elmləri namizədi, AzTU-nun "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının dosenti.
Zakir Məhərrəmov | |
---|---|
azərb. Məhərrəmov Zakir Tülü oğlu | |
![]() Zakir Məhərrəmov | |
Doğum tarixi | (71 yaş) |
Doğum yeri | Gürcüstan SSR, Bolnisi rayonu, Mığırlı |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | Texnika elmləri namizədi |
Elmi adı | dosent |
İş yeri | Azərbaycan Texniki Universiteti |
Alma-mater | Azərbaycan Dövlət Neft və Kimya İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Elmi rəhbəri | S.N.Bulatov |
Zakir Məhərrəmov 14 fevral 1954-cü ildə Gürcüstanın Bolnisi rayonunun Mığırlı kəndində müəllim ailəsində anadan olmuşdur.
1961–1971-ci illərdə Qazax rayonunun Birinci Şıxlı orta məktəbində oxumuşdur.
1976-cı ildə M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Tətbiqi riyaziyyat" ixtisasını bitirmişdir.
1976–1988-ci illərdə Sumqayıt şəhərində yerləşən "Neftkimyaavtomat" Elmi-Tədqiqat Layihə İnstitutunda böyük texnik, mühəndis və böyük mühəndis vəzifələrində işləmişdir. Həmin illərdə keçmiş SSRİ-nin bir sıra şəhərlərində kimya sənayesi zavodlarının avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılmasında məsul icraçı olmuş, informasiya-təminat sisteminin yaradılması ilə məşğul olmuşdur.
1980–1984-cü illərdə aspiranturada təhsilini davam etdirmişdir. 1988-ci ildə tex.e.d. prof. S. N. Bulatovun rəhbərliyi ilə Moskva Kimya Maşınqayırma İnstitutunda (indiki Moskva Mühəndislik Ekologiyası Dövlət Universiteti) "Kimya texnologiyasının proses və aparatları" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək "Texnika elmləri namizədi" alimlik dərəcəsi almışdır.[1]
1988-ci ildən təhsil sistemində işləməyə başlayaraq Azərbaycan Sənaye İnstitutunun (indiki Sumqayıt Dövlət Universiteti) "İdarəetmənin avtomatlaşdırılması" kafedrasında assistent, dosent vəzifələrində çalışmışdir. 1992–1995-ci illərdə həmin institutun tədris hissə müdiri vəzifəsində işləmişdir.
1996–2007-ci illərdə illərdə Təfəkkür Universitetiiin Riyaziyyat və İnformatika" kafedrasında dosent vəzifəsində işləmişdir.
2000–2007-ci illərdə illərdə Odlar Yurdu Universitetinin "Riyaziyyat və İnformatika" kafedrasında dosent vəzifəsində işləmişdir.
2004–2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin "İnformatika" kafedrasında dosent vəzifəsində işləmişdir. Silahlı qüvvələrimiz üçün proqramçı-zabit kadrların hazırlanmasında əsas aparıcı mütəxəssislərdən biri olmuşdur.
Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Kompüter mühəndisliyi" kafedrasında dosent vəzifəsində işləyir.
2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən "Dosent" elmi adına layiq görülmüşdür.
5 dərs vəsaiti, 3 metodiki göstərişin, 1 ixtira və 40-dan çox elmi məqalənin müəllifidir. O, Odlar Yurdu Universitetində işlədiyi illərdə Azərbaycanda ilk dəfə olaraq Delphi proqramlaşdırma dilini tədris etməyə başlamışdır. Onun müəllifi olduğu "Delphi: nəzəriyyə və təcrübə" (Bakı, Çaşıoğlu, 2004), "Pascal-dan Delphi-yə" (Bakı, Təhsil NPM, 2009–2014) və "Verilənlər bazası" (Baki, 2015) adlı dərs vəsaitləri bu sahədə yazılmış yeganə dərsliklərdir və Delphi üzrə proqramçıların hazırlanmasında yeganə vasitələr olmuşdur. Bir neçə dərs vəsaitinin elmi redaktoru olmuşdur. Elmi konfranslarda elmi məruzələrlə çıxış edir.
Vikianbarda Zakir Məhərrəmov ilə əlaqəli mediafayllar var. |
Vikikitabda Zakir Məhərrəmov/Biblioqrafiya mövzusuna dair mətn var. |