. Love.az

Zanbaqcicek Maqnoliya - Wikipedia - Love.az

Ana Səhifə - Zanbaqcicek Maqnoliya

Zanbaqçiçək maqnoliya (lat. Magnolia liliiflora) — bitkilər aləminin maqnoliyaçiçəklilər dəstəsinin maqnoliyakimilər fəsiləsinin maqnoliya cinsinə aid bitki növü.

Zanbaqçiçək maqnoliya
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Maqnolidlər
Dəstə:
Maqnoliyaçiçəklilər
Fəsilə:
Maqnoliyakimilər
Cins:
Maqnoliya
Növ:
Zanbaqçiçək maqnoliya
Beynəlxalq elmi adı
  • Magnolia liliiflora Desr., 1792
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  3403
EOL  1154973

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 Sinonimləri
    • 6.1 Homotipik sinonimləri
    • 6.2 Heterotipik sinonimləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Arealı

redaktə

Mərkəzi və Qərbi Çində yayılmışdır. Avropada 1790-cı ildən becərilir.

Botaniki xarakteristikası

redaktə

2-3 m hündürlükdə şar formalı koldur. Açıq boz rəngli, hamar qabıqla örtülmüşdür. Cavan zoğlarının uc hissələri əvvəlcə tüklü olur, sonradan çılpaqlaşır, qışa yaxın dövrdə isə tünd yaşıl, çox işıq olan tərəfdə isə qonur rəngli olub, tək-tək mərciməklərə malikdir. Yarpaqları enli-ellipsvari və ya tərs- yumurtavaridir. Təpə tərəfdən tünd yaşıl, alt tərəfdən açıq yaşıl rəngli, yaxşı gözəçarpan damarlanmaya malik, uzunluğu 15-20 sm, eni isə 8-10 sm-ə çatır. Çiçəkləri ensiz piyaləvari formalı, qoxusuz xaricdən qırmızımtıl, daxildən isə ağ rəngdə olub, qısa və yoğun çiçək saplağı üzərində yerləşmişdir. Çiçəkyanlıqları 6-9 hissədən ibarətdir. Xarici ləçəkləri neştərşəkilli olub, uzunluğu 2-3 sm, eni isə 0,8-1 sm-ə bərabərdir. Daxili ləçəkləri isə uzunsov, tərs-yumurtavari və şişkindir. Uzunluğu 9,5-10,5 sm, eni isə 2,5-3,5 sm-dir. Erkəkcikləri çoxdur, uzunluğu 9 sm-ə çatır. Çiçəkləmə mart-aprel, bəzən isə may aylarında - yarpaqlar əmələ gələn dövrdə başlayır. Meyvələrinin uzunluğu 6,5-8 sm, qalınlığı 2-2,5 sm olub, sentyabr-oktyabr aylarında yetişir. Toxumlarının uzunluğu 10 mm, eni isə 5 mm-ə çatır. Çox hallarda kütləvi çiçəkləmədən sonra yayda (avqust) və yaxud payızın əvvəllərində yenidən çiçəkləyir. Çox nadir hallarda az miqdarda meyvə verir.

Ekologiyası

redaktə

Rütubətli torpağı sevir. Şaxtaya davamsızdır.

Azərbaycanda yayılması

redaktə

Bakı, Gəncə, Zaqatalada mədəni şəraitdə becərilir.

İstifadəsi

redaktə

Abşeronda və bəzi rayonlarda bağ və parklarda mədəni şəraitdə becərilir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Magnolia obovata var. liliiflora (Desr.) DC.
  • Magnolia purpurea var. liliiflora (Desr.) Loudon
  • Yulania liliiflora (Desr.) D.L.Fu

Heterotipik sinonimləri

redaktə
  • Lassonia quinquepeta Buc'hoz
  • Magnolia atropurpurea Steud.
  • Magnolia denudata var. purpurea (Curtis) C.K.Schneid.
  • Magnolia discolor Vent.
  • Magnolia gracilis Salisb.
  • Magnolia liliiflora var. gracilis (Salisb.) Rehder
  • Magnolia liliiflora var. nigra (G.Nicholson) Rehder
  • Magnolia liliiflora f. nigra (G.Nicholson) Geerinck
  • Magnolia obovata var. discolor (Vent.) DC.
  • Magnolia obovata var. purpurea (Curtis) Ser.
  • Magnolia plena C.L.Peng & L.H.Yan
  • Magnolia polytepala Y.W.Law, R.Z.Zhou & R.J.Zhang
  • Magnolia purpurea Curtis
  • Magnolia purpurea var. discolor (Vent.) Loudon
  • Magnolia quinquepeta (Buc'hoz) Dandy
  • Magnolia × soulangeana var. nigra G.Nicholson
  • Talauma sieboldii Miq.
  • Yulania japonica Spach
  • Yulania japonica var. purpurea (Curtis) P.Parm.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zanbaqçiçək_maqnoliya&oldid=7968685"
LOVE.AZ