. Love.az

Zaqafqaziya Keklikotu - Wikipedia - Love.az

Ana Səhifə - Zaqafqaziya Keklikotu

Zaqafqaziya kəklikotu (lat. Thymus transcaucasicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Azərbaycanın nadir bitkisidir. CR B1ab (i,ii,iii).

Zaqafqaziya kəklikotu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Lamidlər
Dəstə:
Dalamazçiçəklilər
Fəsilə:
Dalamazkimilər
Yarımfəsilə:
Pişiknanəsikimilər
Triba:
Nanəkimilər
Cins:
Kəklikotu
Növ:
Zaqafqaziya kəklikotu
Beynəlxalq elmi adı
  • Thymus transcaucasicus
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
NCBI  2019959

Mündəricat

  • 1 Arealı
  • 2 Bioloji xüsusiyyətləri
  • 3 Çoxalması
  • 4 Təbii ehtiyatının dəyişilməsi səbəbləri
  • 5 Becərilməsi
  • 6 Qəbul edilmiş qoruma tədbirləri
  • 7 Zəruri qoruma tədbirləri
  • 8 Sinonimləri
    • 8.1 Heterotipik sinonimləri
  • 9 İstinadlar
  • 10 Həmçinin bax

Arealı

redaktə

Qafqazda yayılmışdır. Azərbaycanda Kiçik Qafqazda bitir və arealı dardır. Orta və yuxarı dağ zolaqlarında quru yamaclarda rast gəlinir.

Bioloji xüsusiyyətləri

redaktə

Sürünən meyvəsiz zoğları olan yarımkolcuqdur. Çiçək saplaqlı budaqlarının hündürlüyü 10-30 sm, bəzən budaqlı, sıx tükcüklüdür. Yarpaqları saplaqlarda, təxminən hamısı eyni, çox nazik, az bilinən nöqtəli vəzicikli, yumurtavari-uzunsovdan enli-yumurtavariyədək, uzunluğu 7–15 mm, eni 3–10 mm, alt tərəfi damarcıqlarda tükcüklü, yan damarcıqları 2-3 cütdür. Çiçək qrupu başcıqlı və ya uzunsovdur. Çiçək saplaqları uzun, tükcüklüdür. Kasacığın uzunluğu təxminən 5 mm olub alt tərəfi tükcüklüdür. Kasacığın yuxarı hissəsində olan dişciklər ensiz-lansetvari olub, kənarları tükcüklüdür. Çiçək tacı qırmızı, tükcüklüdür. VI-VII aylar arasında çiçəkləyir, VIII ayda meyvə verir.

Çoxalması

redaktə

Təbiətdə əsasən toxum vasitəsilə çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

redaktə

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

redaktə

Becərilməsi haqda məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri

redaktə

Qəbul edilmiş mühafizə tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

redaktə

Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi tövsiyə edilir.

Sinonimləri

redaktə

Heterotipik sinonimləri

redaktə
  • Thymus bakurianicus Klokov
  • Thymus fominii Klokov & Des.-Shost.
  • Thymus superbus Ronniger
  • Thymus ziaratinus Klokov & Des.-Shost.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zaqafqaziya_kəklikotu&oldid=7801124"
LOVE.AZ