Zaur Bilal oğlu Əliyev (19 sentyabr 1976, Ağdam şəhəri) — Azərbaycan alimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.[1] Zaur Əliyevin əsas elmi tədqiat mövzusu beynəlxalq münasibətlər, Qarabağ tarixi, Azərbaycan diasporu və erməni terrorizmidir. Bu mövzulara həsr edilmiş iyirmidən artıq kitabın müəllifidir. Respublika və beynəlxalq konfransların iştirakçısıdır. Əliyev pedaqoji fəaliyyətlə də məşğuldur. O, Bakı Dövlət Universiteti, Qərb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan bölmələrində dərslər aparıb.
Zaur Bilal oğlu Əliyev | |
---|---|
Doğum tarixi | (48 yaş) |
Doğum yeri | Ağdam, Azərbaycan SSR |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | Beynəlxalq münasibətlər, siyasi elmlər |
Elmi dərəcəsi | Siyasi elmlər üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yerləri | AMEA Fəlsəfə və Hüquq İnstitutu |
Alma-mater | Bakı Dövlət Universiteti |
Təhsili | Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi |
Tanınır | dispor tədqiqatçısı |
Zaur Əliyev 19 sentyabr 1976-cı ildə Ağdam şəhərində anadan olub. Ağdam şəhərinin işğal olunması ilə məcburi köçkün düşüb. 1994-cü ildə Bakı şəhərində 33 saylı məcburi köçkün məktəbini bitirib. Həmən ili Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsinə daxil olub. 1994-1998-ci illərdə Bakı Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsində, Beynəlxalq münasibətlər üzrə mütəxəssis, tərcüməçi referent ixtisası üzrə təhsil alıb. 1998-2000-ci ildə həmin fakültədə Beynəlxalq münasibətlər üzrə magistr ixtisasına yiyələnib. 2002-2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə,Sosiologiya və Hüquq İnstitutunda siyasi elmlər və beynəlxalq münasibətlər üzrə doktorantura təhsili alıb. Zaur Əliyev siyasi elmlər üzrə fəlsəfə doktorudur. 2015-ci ildə dosent elmi adını alıb.[2]
Zaur Əliyev əmək fəaliyyətinə 1998-ci ildə “Yeni Dünya” İctimai-Siyasi Qəzetində redaktor vəzifəsində başlamışdır. 2001-ci ilə qədər burada çalışmışdır. O, 2001-2002-ci illərdə “Oqtay” Təmir-Tikinti Şirkətində hüquq məsləhətçisi, 2002-2003-cü illərdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasında, icraçı katib və mətbuat xidmətinin rəhbəri olub. 2005-2006-cı illərdə Qərb Universitetində, 2006-2008-ci illərdə Azərbaycan Dillər Universietində, 2010-2011-ci illərdə “Bakı Dövlət Universietində, 2011-ci ildə Azərbaycan Turizm İnstitututunda müəllim kimi çalışmışdır. 2005-2012-ci illərdə “Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyində PR menecer vəzifəsində işləmişdir.
2003-2016-cı ilərdə Azərbaycan Milli Elmlər Akademiyası, “ Fəlsəfə və Hüquq İnstitutu”nda böyük elmi işçi, 2020-ci ildə Azərbaycan Universitetində müəllim olub.
Zaur Əliyev 2016-2022-ci illərdə AMEA Elm Tarixi İnstitutunun elmi katibi vəzifəsində çalışıb. Azərbaycan Turizm və Menecment Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasında "Beynəlxalq münasibətlər üzrə fənn komissiyası"nın sədridir.[3]
2022-ci ilin noyabr ayından Azərbaycan Milli Elmlər Akademiyası, “ Fəlsəfə və Sosiologiya İnstitutu”nda aparıcı elmi işçi vəzisfəsində çalışır.[2]
Azərbaycan və xarici ölkələrin elmi jurnallarında 100-ə yaxın elmi məqaləsi dərc edilib.[4] Hazırda mediada müxtəlif mövzularla bağlı ekspert kimi yazılarla çıxış edir.[5][6]
Zaur Əliyev bir neçə elmi jurnalın redaksiya heyətin üzvüdür: