Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023) |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Zaur Mir Tofiq oğlu Hüseynov (26 sentyabr 1964, Bakı) — "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2014–2024)[1].
Zaur Hüseynov | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 sentyabr 1964(1964-09-26) (60 yaş) |
Doğum yeri | |
Təhsili | |
![]() |
Zaur Mir Tofiq oğlu Hüseynov 1964-cü il sentyabr ayının 26-da Bakı şəhərində anadan olmuşdur.[2] 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini "Executive management" ixtisası üzrə (MBA) bitirmişdir.
Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan Z. Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsal və enerji təchizatı müəəsisələrində məsul vəzifələrdə çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir[3].
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdir.4[1]
Rus və ingilis dillərini bilir. Ailəlidir, bir oğlu və bir qızı var.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |