. Love.az

Zaxari Cxubianisvili - Wikipedia - Love.az

Ana Səhifə - Zaxari Cxubianisvili

Zaxari Nikolayeviç Çxubianişvili (gürc. ზაქარე ნიკოლოზის ძე ჩხუბიანიშვილი; 1903[1] – 1980[1]) — Sovet partiya xadimi.

Zaxari Çxubianişvili
gürc. ზაქარია ნიკოლოზის ძე ჩხუბიანიშვილი
Şəxsi məlumatlar
Doğum tarixi 1903[1]
Vəfat tarixi 1980[1]
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Fəaliyyəti siyasətçi, mühəndis, dövlət rəsmisi, rəncbər, ixtiraçı

Təltifləri "Lenin" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Həyatı

redaktə

1937-ci ildən 1940-cı ilin mart ayınadək Gürcüstan SSR meşə sənayesi xalq komissarının vəzifəsində çalışırdı. 1940-41-ci illərdə Gürcüstan Kommunist Partiyasının Siqnaxi rayon komitəsinin katibi idi.

1941-ci ilin 1 aprelindən 1943-cü ilədək Gürcüstan KP (b) MK-nın sənaye üzrə katibi olmuşdur.

1945-ci ilin 8 aprelindən 1953-cü ilin 14 aprelinə qədər Gürcüstan KP MK Bürosunun üzvü idi.

1946-1952-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinə rəhbərlik etmişdir. Daha sonra 1953-cü ildən Gürcüstan Ali Soveti Rəyasət Heyətinin sədri təyin olunmuşdur.

1953-cü ildən 1970-ci ilə qədər müxtəlif vəzifələrdə işləyirdi: meşə və kağız sənayesi naziri, meşə sənayesi naziri, Gürcüstan SSR Xalq Təsərrüfatı Şurasının İdarəsinin rəisi, Tbilisi Meşə sənayesi elmi-tədqiqat institutunun direktoru.

Mükafatları

redaktə
  • Lenin ordeni
  • "Qırmızı əmək bayrağı" ordeni

Mənbələr

redaktə
  • Справочник по истории Коммунистической партии и Советского Союза
  1. ↑ 1 2 3 4 საქართველოს ბიოგრაფიული ლექსიკონი (gürc.). 2001.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zaxari_Çxubianişvili&oldid=6907223"
LOVE.AZ