Zemfira Əliyeva (tam adı: Zemfira Məmmədəli qızı Əliyeva; 25 dekabr 1941, Kirovabad – 16 noyabr 1995, Bakı) — Azərbaycan aktrisası. Azərbaycan SSR xalq artisti
Zemfira Əliyeva | |
---|---|
Zemfira Məmmədəli qızı Əliyeva | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
![]() ![]() |
Həyat yoldaşı | Vaqif Əsədov |
Anası | Firuzə Bədirbəyli |
Fəaliyyəti | aktrisa |
Mükafatları |
![]() ![]() |
Zemfira Əliyeva 25 dekabr 1941-ci ildə Gəncə şəhərində doğulub. Anası Firuzə Bədirbəyli Gəncə DDT-nin aktrisası olub. Kiçik yaşlarından teatrın tamaşalarında uşaq rollarını oynayıb. 17 yaşında ona Cəfər Cabbarlının "Solğun çiçəklər" melodramasında Sara rolu tapşırılıb. Bundan sonra aktrisa teatra götürülüb və qısa müddətdə Səməd Vurğunun "Vaqif" (Gülnar), Viktor Rozovun "Sabahın xeyir" (Liza), Evripidin "Medeya" (Medeya), Əfqan Əsgərovun "Qız atası" (Məryəm) əsərlərinin tamaşalarında mürəkkəb rollar oynayıb. Bir neçə televiziya tamaşasında və filmdə rol alıb.
Zemfira Əliyeva 1972-ci ildə Naxçıvan DMDT-nin truppasına daxil olub. Bu teatrda qazandığı sənətkarlıq nailiyyətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif edilib. Aktrisa 1988–1995-ci illərdə Akademik Milli Dram Teatrında işləyib. 26 noyabr 1995-ci ildə Bakıda vəfat edib.
Xalq artisti, rejissor Vaqif Əsədovun həyat yoldaşı olub.
Naxçıvan DMDT