Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Əliyeva Zemfira Musa qızı (6 iyun 1950, Ucar rayonu) — azərbaycanlı dilçi-alim, türkoloq, filologiya elmləri doktoru.
Zemfira Əliyeva | |
---|---|
Zemfira Musa qızı Əliyeva | |
Doğum tarixi | (74 yaş) |
Doğum yeri | Ucar rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | türkologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Əliyeva Zemfira Musa qızı 1950-ci ildə 6 iyunda Ucar rayonunda anadan olub. 1967-ci ildə Bakı şəhərindəki 190 № li məktəbi bitirmişdir. 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1973–1979-cu illərdə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri komitəsində redaktor və tərcüməçi işləyib. 1985-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirib. 1982-ci ildən 1992-ci ilə qədər Bakı Dövlət Universitetinin rus dilçiliyi kafedrasında müəllim işləyib.
1990-cı ildə "Развитие семантики качественных прилагательных в русском литературном языкe XVIII–XIX вв." mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1995-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasını bitirib. 1995-ci ildən bu günə qədər AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzəri və tətbiqi dilçilik şöbəsində çalışır. 2013-ci ildən həmin şöbənin baş elmi işçisidir, institut Elmi Şurasının üzvüdür[1]. 2012-ci il noyabr ayının 6-da AMEA-nın nəzdindəki Müdafiə Şurasında "Türk dillərində sifətlərin semantik-funksional və struktur xüsusiyyətləri" adlı doktorluq dissertasiyası müdafiə etmişdir.
3 monoqrafiyası, 46 elmi məqaləsi çap olunmuşdur, onlarda 6 məqaləsi xaricdə çap olunmuşdur.
Ailəlidir, 3 övladı, 6 nəvəsi var.