. Love.az

Zemfira Necefova - Wikipedia - Love.az

Ana Səhifə - Zemfira Necefova
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 5 gün əvvəl Turan Etibaroğlu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Zemfira Musabala qızı Nəcəfova (1 aprel 1950, Bakı – 1 avqust 2024[1]) — Azərbaycanın teatr və kino aktrisası, N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aparıcı aktrisası Azərbaycanın Respublikasının Əməkdar artisti(2015)

Zemfira Nəcəfova
Zemfira Musabala qızı Nəcəfova
Doğum tarixi 1 aprel 1950(1950-04-01)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1 avqust 2024(2024-08-01)[1] (74 yaşında)
Milliyyəti azərbaycanlı
Fəaliyyət illəri 1975–2024
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Mündəricat

  • 1 Həyatı
  • 2 Oynadığı tamaşalardan rollar
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar

Həyatı

redaktə

1950-ci il 1 apreldə Bakı şəhərində anadan olub. 1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrın da aktrisa vəzifəsində çalışır. 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[2] 2024-cü il 1 avqust tarixində vəfat etmişdir.[3]

Oynadığı tamaşalardan rollar

redaktə

Azərbaycan klassiklərinin əsərlərində oynadığı rollar: Ziba xanım və Pəri xanım, Təyyibə xanım (“Lənkəran xanının vəziri” və “Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Bədircahan, Yetər, Mələk xanım (“Ağa Kərim xan Ərdəbili”, “Hacı Qəmbər” və “Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Şərəf və İzzət (“Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadə), Gülpəri, Qızxanım (“Qaraca qız” və “Qoç Polad”, Abdulla Şaiq), Fərmanın anası, Mehri xanım (“Xortdanın cəhənnəm məktubları” və “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), Ana (“Ana”, Hüseyn Cavid), Nadya (“Oqtay Eloğlu”, Cəfər Cabbarlı), Qarı (“Vaqif”, Səməd Vurğun), Səadət (“Əliqulu evlənir”, Sabit Rəhman), Eybəcər qarı (“Şaxta baba və Pərilər”, Emil Əsgərov).

Çağdaş milli dramaturqlarımızın müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Reyhan xanım (“Kəndçi qızı”, Mirzə İbrahimov), Zeynəb (“Yaşıl qapı arxasında qadın”, Rüstəm İbrahimbəyov), Nazlı (“Tut ağacı”, Firudin Aşurov), Günəş ana, Rəfiqə (“Cavanşir” və “Alov”, Mehdi Hüseyn), Cahan nənə (“Abidə”, Hüseyn Nəcəfov), Tükəz, Nadejda Kolosnikova (“Nəsrəddin” və “Silahdaş”, Yusif Əzimzadə), Qonaq (“Şəhərin yay günləri”, Anar), Səadət xanım, Məlahət, Xurşud xanım (“Unuda bilmirəm”, “Qəribə oğlan” və “Sən həmişə mənimləsən”, İlyas Əfəndiyev), Sənəm, Nənə, Qadın quda (“Zəncirlənmiş toy-büsat”, “Cəsurlar” və “Ölüm hökmü”, Əli Səmədli), Şənbə xanım və Gülsüm nənə, Gəlməqapı (“Uca dağ başında” və “Mamoy kişinin yuxuları”, Vaqif Səmədoğlu), Zəhra xanım (“Şeytan işığı”, Kamran Nəzirli), Xədicə (“Ağ kəlağayı”, Rafiq Rəhimli), Nənə, Dilənçi, Mələk (“Onun iki qabırğası”, “Varlı qadın” və “Köhnə ev”, Əli Əmirli), Ulduzə (“İlğım”, Firuz Mustafa), Sənəm qarı (“Ana laylası”, İsgəndər Coşqun), Zivər, Fatma (“Vicdanın hökmü” və “Ləyaqət”, Hüseynbala Mirələmov), Tükəzban (“Oğru”, Əhməd Orucoğlu), Zəhra (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Haray xanım (“Məni qınamayın”, Hidayət), Nənə (“Vəzifə”, Əkrəm Əylisli), Şərəf (“Durna”, Süleyman Rüstəm), Xanım sədr (Xilaskar, Aqşin Babayev).

Yerli müəlliflərin əsərlərində oynadığı rollar: Sənəm nənə (“Zəncirlənmiş toy-busat”, Adil Zeynalov), Ana, Küpəgirən qarı (“Sehrli sandıq” və “Kaloğlanın sərgüzəştləri”, Ağaddin Babayev), Yelizavetta Nikolayevna (“Qəhrəmanlıq xronikası”, Baba Rzayev), Qarı nənə (“Üç qardaş”, Ağaddin Babayev), Nağılçı, Ögey ana (“Tənbəl Əhməd” və “Göyçək Fatma”, Ağacəfər Fətullayev).

Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii personajlar: Smeraldina (“İki ağanın bir nökəri”, Karlo Qoldoni), Emilya və Dorkas (“Qış nağılı”, Vilyam Şekspir), Varvara və Feklyuşa (“Tufan”, Aleksandr Ostrovski), Arsinoya (“Mizantrop”, Jan Batist Molyer), Karoboçka (“Ölü canlar”, Nikolay Qoqol), Birinci psixatr (“Əsgər Şveykin macəraları”, Yaroslav Qaşek), Savka (“Nazirin xanımı”, Branislav Nuşiç), Qalina Akimovna (“Qəribə doktor” Anatoli Safronov), Qarı nənə (“Dörd əkiz”, Panço Pançev), Yadviqa Vjeşenska (“Üçüncü nəsil”, Nikolay Miroşniçenko), Liza (“Şah və əks-səda”, Hüseyn və Həmdiyyə Latıpovlar), Anna Maris (“Kuklalar evi”, Henrik İbsen), Anna Kuzminiçna (“Kələkbaz”, Lev Korsinski), Ana (“Sehrli yaylıq”, Valeri Qubaryev), Ən qoca kor (“Korlar”, Moris Meterlink), Asiya (“Evlən, oğul, evlən!”, Süleyman və Həmdiyə Lətipovlar), Qəmzə (“Manyak”, Əziz Nesin), Bateş (“Şənbə axşamı”, Mar Bayciyev), Zeynəb (“Kərbəla”, Bəkir Yıldız), Küpəgirən qarı (“Qırmızıpapaq”, Şarl Perro).

Filmoqrafiya

redaktə
  1. Günəşim ol (serial, 2016)

İstinadlar

redaktə
  1. ↑ 1 2 Azərbaycanda Əməkdar artist vəfat etdi.
  2. ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
  3. ↑ "Azərbaycanda Əməkdar artist vəfat etdi". Oxu.az (az.). 2024-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zemfira_Nəcəfova&oldid=8152474"
LOVE.AZ