Ağayeva Zenfira Rza qızı (26 avqust 1946, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru (2013), AMEA-nın baş elmi işçisi (2014).[1]
Zenfira Ağayeva | |
---|---|
Zenfira Rza qızl Ağayeva | |
![]() 200px | |
Doğum tarixi | (78 yaş) |
Doğum yeri | Səbail rayonu, Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru (2013) |
Elmi adı | baş elmi işçi (2014) |
İş yerləri | Akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu |
Zenfira Ağayeva 26 avqust 1946-ci ildə Bakı Şəhərinin Səbail rayonunda anadan olmuşdur. 1965-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-texnologiya fakültəsinə daxil olmuşdur. 1965-ci ildə həmçinin Azərbaycan SSR Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunda işləməyə başlamışdır. 1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsini müvəffəqiyyətlə bitirmiş, 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Kimya İnstitutunda işə qəbul olunmuşdur.
1991-cü ildə namizədlik, 2013-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 2014-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 4 saylı Laboratoriya müdir müavini təyin olunmuşdur. 28.12. 2020-ci ildən həmin Laboratoriyaya müdir vəzifəsinə təsdiq edilmişdir.
Azot və kükürd tərkibli üzvi maddələrin neft-mədən avadanlıqlarını korroziyadan qoruduğunu, asfalt-qatran-parafin cökmə proseslərinə və mikroorqanizmlərin inkşaflna təsir etdiyini araşdırmışdır. Neft və gaz yataqlarının işlənməsində və istismarında ətraf mühitin mühafizəsi üçün profilaktik tədbirlərin təşkilinə kompleks yanaşmanı, neft-kimya istehsalı prosesində zəhərli tullantıların: turşqudron, şlam və tələ yağı əsasında çoxfunksiyalı reagentin alınma texnologiyasını hazırlamışdir. Sənaye sınaqları zamanı təyin etmişdir ki, o çoxfunksiyalı reagent kimi təsir göstərir, qazma məhlullarının sürtgü xassərini yaxşılaşdırır.
Seolitlərin və müxtəlif yataqlardan olan təbii bentonitlərin məqsədyönlü modifikasiyası əsasinda alınmış praktiki əhəmiyyətli sorbentlərin xüsusiyyətləri tədqiq olunmuş və çirkab sularının zəhərli maddələrdən təmizlənməsində istifadə edilmişdir. İlk dəfə nadir səpələnmiş və radioaktiv elementlərin Azərbaycannın bütün həmçinin Tükmənistanın və Qroznının bir neçə yataqlarında neft-lay suyu-çöküntü süxuru sistemində ardıcıl şəkildə paylanması, miqrasiyası və toplanmasının qanuna uygunluqları öyrənilmişdir.