Zeynəb İlhami xanım (ərəb. زينب إلهامي; 29 dekabr 1859, İstanbul – 17 may 1918, Qahirə) — Kavalalı ailəsinin bir üzvü, Misir şahzadəsi.
Zeynəb İlhami xanım | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 dekabr 1859(1859-12-29) |
Doğum yeri | |
Vəfat tarixi | 17 may 1918(1918-05-17) (58 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Kavalalı İbrahim Hilmi Paşa |
29 dekabr 1859-cu ildə İstanbulda dünyaya gəldi. Atası Misir valisi I Abbas Hilmi Paşanın oğlu İbrahim İlhami Paşa[1], anası isə onun xanımlarından Çeşmiahu Qadınəfəndidir.[2] Ancaq ertəsi il atası Bosfor boğazındakı bir dəniz qəzasında həlak oldu və cənazəsi ailə üzvləriylə birlikdə Qahirəyə aparıldı.
1878-ci ildə Kavalalı İsmayıl Paşanın oğullarından Mahmud Həmdi Paşayla evləndirildi.[3][4] Cütlüyün bu nigahdan bir qızı dünyaya gəlsə də, 1888-ci ildə boşandılar.[2]
17 may 1918-ci ildə Qahirədə vəfat etdi və Qahirədəki İmam Şafii türbəsi yaxınlığına dəfn olundu.