. Love.az

Zeyneb Cavadli - Wikipedia - Love.az

Ana Səhifə - Zeyneb Cavadli

Zeynəb Cavadlı — Azərbaycanın bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası[1].

Zeynəb Cavadlı
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  Azərbaycan
Doğum tarixi 19 iyul 1991(1991-07-19) (33 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan Respublikası, SSRİ
Boyu 175 sm
İdman növü bədii gimnastika
Karyera illəri 1999–2012
Məşqçiləri
  • Mariana Vasileva

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
  • 3 Ailəsi
  • 4 İstinadlar

Həyatı

redaktə

Əslən Naxçıvanlı olan Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olmuşdur[1].

Karyerası

redaktə

O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış etmişdir. 2012-ci ildə aldığı zədə səbəbindən idmançı kimi fəaliyyətini yekunlaşdıraraq, məşqçilik karyerasına başlamışdır[1].

Bir müddət Türkiyənin "İstanbul Genclik Spor Kulübü" və "Anabilim Jimnastik Kulübü"ndə çalışmış, 2013-cü ildən etibarən isə özünün gimnastika məktəbini açmışdır[1].

Ailəsi

redaktə

Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl-Məktuma ərə getmişdir[1]. Onlar 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olmuş və elə həmin il də evlənmişlər[1]. 2016-cı ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib[1]. Körpəyə Səid Əl Məktumun nənəsi Sananın adı verilmişdir. Zeynəb Cavadlı Səid Əl-Məktumun sayca üçüncü həyat yoldaşıdır[1].

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 Ərəb şeyxi Azərbaycan qızı ilə evləndi - Əl-Maktum + Fotolar Arxivləşdirilib 2016-12-07 at the Wayback Machine. qafqazinfo.az, 05.12.2016  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zeynəb_Cavadlı&oldid=7428972"
LOVE.AZ