Zeynəddin Camal oğlu Hacıyev (1941, Tülü, Balakən rayonu – 8 avqust 2023[1]) — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor[2].
Zeynəddin Hacıyev | |
---|---|
Zeynəddin Camal oğlu Hacıyev | |
Doğum tarixi | 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 8 avqust 2023(2023-08-08)[1] |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | fəlsəfə |
Mükafatları |
![]() |
Z. C. Hacıyev 1941-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra, 1958–1960-cı illərdə kolxozda sıravi kolxozçu işləyib. 1960-cı ildə ADU-nun tarix fakültəsinə qəbul olub, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1965–1969-cu illərdə ADU-nun Fəlsəfə kafedrasında əyani aspirant olub. 1966-cı ildə ordu sıralarında qulluq edib.
1969-cu ildə "Siyasət ilə əxlaqın qarşılıqlı münasibətləri" mövzusunda namizədlik, 1993-cü ildə "Elmitexniki tərəqqi ilə sosial dəyişikliklərin dialektikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1969–1981-ci illərdə ADU-da müəllim, baş müəllim və dosent vəzifələrində işləyib. 1982–1987-ci illərdə Kirovabadda (indiki Gəncə) Azərbaycan Texnologiya İnstitutunda Fəlsəfə kafedrasının müdiri olub. 1988-ci ildən ölümünə qədər BDU-da fəlsəfə kafedrasında çalışmışdır. Fəlsəfə elmləri üzrə 7 namizədlik dissertasiyasına elmi rəhbər olub. 4 dərsliyin, 4 monoqrafiyanın, 60-a qədər məqalənin və tezisin müəllifidir.
8 avqust 2023-cü ildə vəfat edib.[3]
Sosial strukturun dəyişilməsi "Sosial fəlsəfədə mənəvilik, şəxsiyyətin azadlığı problemləri üzrə elmi tədqiqat aparmışdır.