. Love.az

Zeyneddin Qezvini - Wikipedia - Love.az

Ana Səhifə - Zeyneddin Qezvini
Bu adın digər istifadə formaları üçün bax: Qəzvini.

Zeynəddin bin Həmdullah əl-Qəzvini (?-?) — XIV əsr İran tarixçisi.

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Zeynəddin bin Həmdullah əl-Qəzvini XIV əsrin İran tarixçisidir, Həmdullah Qəzvininin oğludur. O, atasının "Tarixi-qozide" əsərinə 1341–1392-ci illərdə Azərbaycanda və İranda baş vermiş tarixi hadisələrin təsvirini artırmışdır. Əsərdə bu dövrün başlıca hərbi-siyasi hadisələrinin təsviri verilir və bu hadisələrin mədəni mühitə təsiri dərəcəsini öyrənmək baxımından o, qiymətli mənbələrdən biridir. Ümumiyyətlə, "XIII-XIV əsrlərdə, Şərq ölkələrində, o cümlədən Azərbaycanda və İranda tarix elmi nəzərəçarpacaq dərəcədə irəliləmişdi. Akademik V. V. Bartold bu dövrü "Fars (İran) tarixşünaslığının qızıl əsrləri" adlandırmışdır".[1]

1341–1392-ci illərin ictimai-siyasi həyatından bəhs edən Zeynəddin bin Həmdullah Qəzvini "Zeyl-e tarix-e qoz de" ("Seçilmiş tarixə"ə əlavə) əsərində Cəlairlər, Teymurlular dövründən geniş bəhs edir.[2]

İstinadlar

redaktə
  1. ↑ Бартольд В.В.Мусульманский мир. II д., 1922, с. 51;
  2. ↑ Zeynəddin bin Həmdullah Qəzvini, Zeyl-e tarix-e qozide, Bakı, "Elm", 1990, 212 səh.

Həmçinin bax

redaktə
  • Həmdullah Qəzvini

Xarici keçidlər

redaktə
  Tarixçi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zeynəddin_Qəzvini&oldid=7502140"
LOVE.AZ