Zeyn bint Hüseyn (ərəb. زين بنت الحسين; 23 aprel 1968, Amman) — III İordaniya kralı I Hüseynin qızlarından biri.[1]
Zeyn bint Hüseyn | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 aprel 1968(1968-04-23) (57 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Hüseyn ibn Təlal |
Anası | Muna əl-Hüseyn (İordaniya kraliçası) |
Ailəsi | Haşimilər |
1968-ci ildə Ammanda əkiz bacısı Ayşə ilə birlikdə dünyaya gəldi.[2] Atası İordaniya kralı I Hüseyn, anası isə onun ingilis əsilli ikinci xanımı kraliça Muna əl-Hüseyndir. İlk təhsilini İordaniyadakı Amerikan məktəbində aldı. Ardından ABŞ-da yatılı məktəbə göndərildi və 1986-cı ildə məzun olub Ammana qayıtdı.
1990-cı illərdən etibarən xeyriyyəçiliklə məşğul olan Zeyn binti Hüseyn atasının istəyilə Ammandakı kral sarayının yetimxanaya çevrilməsində mühüm rol oynadı və sonralar bu dövlət qurumunun idarəçiliyini etdi.
3 avqust 1989-cu ildə Seyid Məcid əl-Salehlə evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu. Ancaq qızlarının ölümündən sonra bir qız uşağı övladlığa götürdülər.