. Love.az

Zeynal Zeynalov Futbolcu - Wikipedia - Love.az

Ana Səhifə - Zeynal Zeynalov Futbolcu
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Zeynal Zeynalov.

Zeynal Abbas oğlu Zeynalov - (6 dekabr 1979, Bakı, Azərbaycan SSR) — Azərbaycan futbolçusu. Yarımmüdafiəçi. Futbol üzrə Azərbaycan milli yığmasında və çimərlik futbolu üzrə Azərbaycan yığma komandasında çıxış etmişdir.

Zeynal Zeynalov
Ümumi məlumatlar
Doğum tarixi 6 dekabr 1990 (34 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 178
Çəkisi 75 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1997—1798 Azərbaycan Bakı Fəhləsi 2 (0)
1999—2004 Azərbaycan Dinamo Bakı 46 (4)
2004—2007 Azərbaycan MKT-Araz İmişli 52 (5)
2007 Azərbaycan Neftçı Bakı 1 (0)
2008 Azərbaycan Karvan Yevlax 10 (1)
2008 Azərbaycan Muğan Salyan 9 (1)
2009—2010 Azərbaycan Standart Bakı 21 (4)
Milli yığma[* 2]
2003—2008 Azərbaycan Azərbaycan 13 (1)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tərçümeyi halı
  • 2 Futbol üzrə Azərbaycan milli yığma komandasında
  • 3 Çimərlik futbolu üzrə Azərbaycan yığma komandasında
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Tərçümeyi halı

redaktə

Zeynal Abbasov futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında öz debutunu 1997-1998-ci il mövsümündə "Bakı fəhləsi klubunun heyətində keçirmiş, 2 oyunda iştirak etmişdir.

1999-2000-ci il mövsümündən başlayaraq Dinamo (Bakı) klubunun şərəfini qorumuşdur.

Z.Zeynalov 2004-cü ildə İmişlinin "MKT-Araz" futbol komandasına keçmişdir. Yeni klubda o, 3 mövsüm ərzində çıxış etmiş, 2006-2007-ci il mövsümündə komandanın kapitanı olmuşdur. Komandanın baş məşqçisi İqor Nakoneçnı ilə münasibətlərini nizama sala bilmədiyinə görə komandanı tərk etmiş və "Neftçi" Bakı komandası ilə bir illik müqavilə imzalamışdır.[1]. Lakin o, "Neftçi" Bakı komandasının heyətində cəmi 1 oyun oynamış və 2007-2008-ci il mövsümünün qış fasiləsində Yevlağın "Karvan" komandasına keçmişdir.

Z.Zeynalov 2008-ci ildə futbolçu kimi karyerasını Salyanın "Muğan" komandasının heyətində davam etdirmişdir. Futbol üzrə XII Azərbaycan çempionatının birinci dairəsi başa çatdıqdan sonra 30 noyabr 2008-ci ildə "Muğan" komandasının baş məşqçisinin tələbi ilə komandanın 12 üzvü, o cümlədən Zeynal Zeynalov transfer edilən futbolçuların siyahısina daxil edilmişdir.[2] və son nəticədə o, Bakının "Standart" klubunun heyətinə keçmişdir. Burada Z.Zeynalov 2 mövsüm ərzində çıxış etmişdir və bundan sonra o, öz fəaliyyətini futzala həsr etmişdir.[3].

Futbol üzrə Azərbaycan milli yığma komandasında

redaktə

Zeynal Zeynalov 2003-2008-ci illərdə Futbol üzrə milli yığma komandasının oyunlarına cəlb olunmuşdur. Bu müddət ərzində mülli komandanın heyətində 13 oyun keçirmiş və yeganə qolunu 15 oktyabr 2008-ci ildə Bəhreyn yığma komandası ilə keçirilən yoldaşlıq görüşündə rəqib qapısına vurmuşdur. Manamada keçirilən bu görüşdə Azərbaycan millisi 2:1 hesabı ilə qələbə qazanmışdır.

Çimərlik futbolu üzrə Azərbaycan yığma komandasında

redaktə

Zeynal Zeynalov 2009-cu il 10 apreldən 17 aprelədək Bakı şəhərində keçirilən çimərlik futbolu üzrə Azərbaycan milli komandasının tərkibində təlim-məşq toplantısına çağrılmışdır.[4].

Xarici keçidlər

redaktə
  • FIFA saytında statistika (ing.)
  • Profil na Transfermarkt

İstinadlar

redaktə
  1. ↑ "Зейнал Зейналов: «Игорь Наконечный не доверяет нашим футболистам»". Archived from the original on 2015-09-24. İstifadə tarixi: 2020-07-29.
  2. ↑ Наставник «Мугана» по окончании первого круга пошел на радикальные меры, выставив на трансфер 12 футболистов[ölü keçid]
  3. ↑ Зейнал Зейналов: Наверное, это анормально
  4. ↑ "Зейнал Зейналов — снова в сборной". 2009-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-29.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zeynal_Zeynalov_(futbolçu)&oldid=7793828"
LOVE.AZ