. Love.az

Zeynalabdin Xan Qaragozlu - Wikipedia - Love.az

Ana Səhifə - Zeynalabdin Xan Qaragozlu

Zeynalabdin xan Hüseyn xan oğlu Qaragözlü (1858-1927) — Kirmanşahın valisi, İran ordusunun generalı.

Zeynalabdin xan Qaragözlü
Zeynalabdin xan Hüseyn xan oğlu Qaragözlü
Doğum tarixi 1858
Doğum yeri Həmədan şəhəri
Vəfat tarixi 1927

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mənbə
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Həyatı

redaktə

Zeynalabdin xan Şamlı elinin Qaragözlü oymağının məşhur simalarından Hüseyn xan Hüsamülmülkün oğludur. Həmədan şəhərində doğulmuşdu.

Zeynalabdin xan 1887-ci ildən 1894-cü ilədək Kirmanşah əyalətinin vali müavini olmuşdu. 1890-cı ildən Kirmanşaha vali təyin edilmişdi. Bu əyalətdən əlavə Lurestan, Burucerdin hakimiyyəti də ona tapşırılmışdı. O, Əmiri-Əfxəm ləqəbini də daşıyırdı.

Ailəsi

redaktə

Zeynalabdin xanın Qulamrza xan adlı oğlu vardı. O, Müzəffərəddin şahın qızı Qəmərəssəltənə Məlaikə xanımla ailə qurmuşdu. Zeynalabdin xan İftixarülmülk ləqəbini daşıyırdı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  • Şamlı eli
  • Qaragözlü oymağı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zeynalabdin_xan_Qaragözlü&oldid=6991344"
LOVE.AZ