. Love.az

Zeyve Nekropolu - Wikipedia - Love.az

Ana Səhifə - Zeyve Nekropolu

Zeyvə nekropolu — Şərur rayonunun eyniadlı kəndi yaxınlığında ilk dəmir dövrünə aid arxeoloji abidə.[1]

Zeyvə nekropolu
Ölkə  Azərbaycan
Şəhər Şərur
Yerləşir Zeyvə kəndi
Aidiyyatı İlk Dəmir dövrü
Tikilmə tarixi eradan əvvəl 1-ci minillik
Üslubu arxeoloji abidə
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
KateqoriyaYaşayış yeri, Nekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Zeyvə nekropolu (Azərbaycan)
Nöqtə
Zeyvə nekropolu

Ümumi məlumat

redaktə

Tikinti işləri zamanı aşkar olunmuşdur. Arxeoloji tədqiqatlar nəticəsində gil qab nümunələri (əsasən boz rəngdə bişirilmiş kasa, piyalə və küpə tipli qablar və onların müxtəlif hissələri) toplanmışdır. Tapıntılar Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Zeyvə nekropolunun materialları Naxçıvanın ilk dəmir dövrü abidələri (I və II Kültəpə, Sarıdərə, Kolanı, Şahtaxtı) içərisində özünə geniş analogiya tapır. Zeyvə nekropolunun eradan əvvəl 1-ci minilliyə aid olduğu ehtimal edilir.

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan ensiklopediyası. II cilddə. II cild. Naxçıvan. 2005.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zeyvə_nekropolu&oldid=6638228"
LOVE.AZ