. Love.az

Ziyeddin Sultanov - Wikipedia - Love.az

Ana Səhifə - Ziyeddin Sultanov

Ziyəddin Kamal oğlu Sultanov (1951, Mollalar, Ağdam rayonu – 13 avqust 2020, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti.

Ziyəddin Sultanov
Ziyəddin Kamal oğlu Sultanov
Doğum tarixi 1951
Doğum yeri
  • Mollalar, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 avqust 2020(2020-08-13)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ → Azərbaycan Azərbaycan
Fəaliyyəti jurnalist, publisist
Fəaliyyət illəri 1960-cı ildən
Mükafatları "Tərəqqi" medalı
Azərbaycan Respublikasının əməkdar jurnalisti

Mündəricat

  • 1 Həyatı və fəaliyyəti
  • 2 Birinci Qarabağ müharibəsində fəaliyyəti
  • 3 Kitabları
  • 4 Təltifləri
  • 5 İstinadlar

Həyatı və fəaliyyəti

redaktə

1951-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. Mətbuat aləminə ilk addımlarını 1960-cı illərin ikinci yarısından atmışdı. Onun ilk yazısı Ağdam rayonunda dərc olunan "Lenin yolu" qəzetində çap edilmişdir.

Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlamışdı (1979). Sonralar "Azərbaycan gəncləri" qəzetində müxbir, "Kommunist" qəzetində müxbir və Qarabağ bölgəsi üzrə xüsusi müxbir vəzidələrində çalışmışdı, ömrünün son günlərinə qədər "Xalq qəzeti"nin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri idi.

13 avqust 2020-ci ildə vəfat etmişdir.[1]

Birinci Qarabağ müharibəsində fəaliyyəti

redaktə

Qarabağ müharibəsi başlandığı gündən cəbhə bölgələrində olmuşdur. Jurnalist kimi hadisələrin ən gərgin nöqtələrindən - Xankəndindən, Şuşadan, Ağdamdan, Laçından, Xocalıdan, Kəlbəcərdən xəbərlər verirdi. O, baş verən hadisələrə şahidlik etmiş, müharibə və onun doğurduğu faciələri ürək ağrısı ilə qələmə alaraq silsilə əsərlər yaratmışdı.

Kitabları

redaktə
  • "Qarabağ gündəliyi",
  • "Qarabağın qara günləri",
  • "Xocalı faciəsi",
  • "Ağdərədən gələn var",
  • "Əsirlər, itkinlər, girovlar",
  • "Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr",
  • "Ürək dözmür ayrılığa",
  • "Gəlin gedək Qarabağa".[2]
  • "Göylərdən gələn gəlin" sənədli povesti.[3]

Təltifləri

redaktə
  • Azərbaycan Respublikasının əməkdar jurnalisti (1991)[4]
  • "Tərəqqi" medalı

İstinadlar

redaktə
  1. ↑ "Əməkdar jurnalist Ziyəddin Sultanov vəfat edib". 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-23.
  2. ↑ Tanınmış jurnalist Ziyəddin Sultanovun 70 illik yubileyi qeyd olunub
  3. ↑ "Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı". 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-24.
  4. ↑ "Respublikanın kütləvi informasiya vasitələri işçilərinin bir qrupuna "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adının verilməsi haqqında". 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-23.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ziyəddin_Sultanov&oldid=7998395"
LOVE.AZ