Ziyafət Abbasov (1 oktyabr 1935, Bakı, Azərbaycan SSR) — rejissor, ssenari müəllifi, baş redaktor, təcrübəçi rejissor, film direktoru, prodüser, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991).
Ziyafət Abbasov | |
---|---|
Doğum tarixi | (89 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti |
rejissor ssenari müəllifi prodüser |
Mükafatları |
![]() |
IMDb | ID3877432 |
1 oktyabr 1935-ci ildə[1] Bakıda anadan olub. 1963-1968-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1968-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio şirkətində, 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. Əməkdar İncəsənət xadimidir. "Mozalan" kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkmişdir.
Ziyafət Abbasov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.[2]
Z. Abbasov 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin olunmuş, 1994-2001-ci illərdə “Azərbaycanfilm”in direktoru vəzifəsində çalışmışdır.