. Love.az

Ziyilli Comcexul - Wikipedia - Love.az

Ana Səhifə - Ziyilli Comcexul

Ziyilli çömçəxul (lat. Benthophilus granulosus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.

Ziyilli çömçəxul
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Sinifüstü:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Ranqsız:
Acanthomorpha
Dəstəüstü:
Acanthopterygii
Klad:
Percomorpha
Dəstə:
Xulkimilər
Fəsilə:
Xullar
Cins:
Çömçəxul
Növ:
Ziyilli çömçəxul
Beynəlxalq elmi adı
  • Benthophilus granulosus Karl Fedorovich Kessler, 1877[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  637027
NCBI  637951

Mündəricat

  • 1 Yayılması
  • 2 Morfoloji əlamətləri
  • 3 Yaşayış yeri və həyat tərzi
  • 4 Çoxalması
  • 5 Təsərrüfat əhəmiyyəti
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Yayılması

redaktə

Xəzərin endemik növü olub Azərbaycan sahillərində azsaylıdır, orta və cənub hissələrində yayılmışdır. Volqa çayının aşağı qollarında mövcuddur.

Morfoloji əlamətləri

redaktə

D III-IV, I 8-9, A I 6-8-dir.Bədənin ön hissəsində xüsusən baş nahiyəsində daha çox enlənmiş, burnu girdədir. Başın üst hissəsi yastı olub yalnız gözlərin arasında yüngülcə çökəkdir. Çənəsində pərşəkilli bığcıq var. Ağzın küncləri arxasında dəri qırış zəif inkişaf etmişdir. Bədəni və başı üstdən və böyürlərdən çox xırda eyni ölçülü ziyillərlə sıx örtülmüşdür. Belində və bədənin böyürlərində üç iri tünd qonur xal var. Çənəsinin altında qısa bığcıq yerləşir. Uzunluğu 5-6 sm-ə qədər olur.

Yaşayış yeri və həyat tərzi

redaktə

Dənizin 2 m-dən 200 m-ə qədər dərinliyində yaşayır. Duzlu sularda yaşayırlar. Yayda sahilə yaxın zonalarda, qışda isə dənizin dərinliklərində yaşayır. Əsasən molyusklar və xərçəngkimilərlə qidalanır.[2]

Çoxalması

redaktə

1 il ömru var. Cinsi yetkinliyə 6-7 ayında çatır. İyun-iyul aylarında suyun səthində görünməyə başlayırlar. Dişi balıqlar kürülədikdən sonra ölürlər.[3]

Təsərrüfat əhəmiyyəti

redaktə

Vətəgə əhəmiyyəti yoxdur.

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
  2. ↑ "Arxivlənmiş surət". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.
  3. ↑ "Arxivlənmiş surət". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ziyilli_çömçəxul&oldid=6825203"
LOVE.AZ