. Love.az

Zuvand Qarasengi - Wikipedia - Love.az

Ana Səhifə - Zuvand Qarasengi

Zuvand qaraşəngi (Elmi adı - Scrophularia zuvandica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]

Zuvand qaraşəngi
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Zuvand qaraşəngi
Beynəlxalq elmi adı
  • Scrophularia zuvandica Grossh.
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
NCBI  1970727

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Sayı və tendensiyası
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Mühafizə tədbirləri
  • 7 İstinadlar

Qısa morfoloji təsviri

redaktə

İkiillik ot bikisidir. Gövdələr çox və ya az, 20-37 sm hündürlükdədir. Yarpaqlar, uzunsov, yumurtavari, lələkvari-kəsilmiş, hissəcikləri lansetvari və ya xətvari, üçkünc dişciklidir. Çiçək qrupu – uzunsov, dar süpürgədir. Ksacıq 2 mm uzunluğunda, kənardan ağ pərdəlidir. Tac 5 mm uzunluğunda, al qırmızı qonur-rəngli, kasacıqdan uzundur. Staminodi sırdadır. Erkəkciklər tacdan çıxır. Qutucuq 3–4 mm uzunluğunda, kürəkvari, kasacıqdan uzundur. Toxumlar 1mm uzunluğunda, uzunsov, qaradır.[3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləməsi may-iyun, meyvə əmələgətirməsi (may) iyun-iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında quru, daşlı yamaclarda və töküntülərdə, çağıl daşlarının üstündə bitir.[4]

Yayılması

redaktə

Diabardır.[4]

Sayı və tendensiyası

redaktə

Populyasiyanın ehtiyatı məhddudur və azalmağa meyl göstərir.

Məhdudlaşdırıcı amillər

redaktə

Antropogen təsirlərdir (tapdalanma).

Mühafizə tədbirləri

redaktə

Antropogen təsiri azaltmaq və yeni yayılma yerlərinin axtarılması təklif olunur.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. ↑ http://redbook.az/?options=project&id=Zuvand%20qara%C5%9F%C9%99ngi[ölü keçid]
  3. ↑ 1. Флора CCCP, 1955;
  4. ↑ 1 2 3 2. Флора Азербайджан, 1957;
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zuvand_qaraşəngi&oldid=7880575"
LOVE.AZ