Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.09.2025 | 16:57 | Baxılıb: 975
“2020-ci ildə Vətən müharibəsindən sonra Birinci Qarabağ müharibəsi zamanı itkin düşən azərbaycanlıların qalıqlarının axtarışlarına başlanılıb”​.

“love.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin rəisi Ədalət Həsənov Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki, 2021-ci ilin fevral ayından sonra, torpaqlar minadan təmizlənəndən sonra Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin qalıqlarının axtarışlarına başlanılıb: “Mərkəzə təqdim edilən 327 şəxsə məxsus qalıqlarda küt alətlərlə xəsarətlər, güllə yaraları və xüsusi işgəncə izləri aşkar edilib.

Vətən müharibəsindən sonra Məhkəmə Tibbi Eksperrtizası və Patoloji Anatomiya Birliyinə 800-ə yaxın şəxsə malik qalıqlar ekspertiza üçün təqdim edilib. 187 şəhidin nəşi ekspertiza edilib, ailələrə təhvil verilib”.

Gülnar Əliyeva

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.