Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ölüm xəbəri yayılan Muradın vəziyyəti haqda - Açıqlama+Yenilənib
 
						Ölüm xəbəri yayılan Muradın vəziyyəti haqda 
							 - Açıqlama+Yenilənib
Əlavə olunub: 05.11.2024 | 12:39 | Baxılıb: 13126
4 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirən rayonun tədbir aparıcısı Murad Muradov vəfat edib.

“love.az” xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat yayıb. Koma halında Quba Diaqnostika Mərkəzinə yerləşdirilən 38 yaşlı Muradın dünyasını dəyişdiyi bildirilib. 

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən “love.az"in Murad Muradovun səhhəti ilı bağlı ​sorğusuna cavab olaraq bildirilib ki, ​hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir: “Mayın 6-sı saat 07:50 radələrində 1986-cı il təvəllüdlü Quba rayonu Zərdabi kənd sakini Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gətirilb. Xəstəyə sol orta beyin arteriyasinda işemik insult, sağ tərəfli dərin hemiparez, qıcolma sindromu diaqnozu təyin edilib. Zəruri müayinələr aparıldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda xəstənin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”. 

Qeyd edək ki, 38 yaşlı M.Muradov 5 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirib. O, bir sıra televiziya kanallarında müxbir və aparıcı kimi çalışıb, Şimal regionundakı tədbirlərdə daim aparıcı kimi iştirak edib. Eyni zamanda gənc yazıçı kimi də tanınır.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.