Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.25.2025 | 12:41 | Baxılıb: 2190
Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin müəllimi iş yerində ölüb. 

“love.az” xəbər verir ki, hadisə oktyabrın 24-də qeydə alınıb. Məktəbdə musiqi müəllimi işləyən 1984-cü il təvəllüdlü Hüseynova Günel Saqif qızı işdə olduğu vaxt səhhəti pisləşib. O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Yaxınlarının sözlərinə görə, G.Hüseynova ürək xəstəliyindən əziyyət çəkirmiş. Meyitin xarici müayinəsi zamanı xəsarət izi aşkar olunmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.