Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.22.2025 | 09:57 | Baxılıb: 2195
Sumqayıtda marşrut avtobusunda ölüm hadisəsi baş verib.

“love.az” xəbər verir ki, şəhərin 34-cü məhəllə adlanan hissəsində hərəkət edən 15 saylı marşrut xətti üzrə “İsuzu Ecobus” markalı avtobusda sərnişin qismində olan orta yaşlı kişinin halı qəfil pisləşib. O, əyləşdiyi oturacaqda dünyasını dəyişib.

Vəfat edən şəxsin 1971-ci il təvəllüdlü Rövşən Bəxtiyar oğlu Əkbərov olması müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.