Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ-də iki təyyarə toqquşdu - Ölənlər var+Yenilənib
 
						ABŞ-də iki təyyarə toqquşdu 
							 - Ölənlər var+Yenilənib
Əlavə olunub: 08.12.2025 | 02:46 | Baxılıb: 1603
ABŞ-də iki təyyarə toqquşub.

“love.az” xəbər verir ki, bu haqda “The Sun” nəşri məlumat yayıb.

İki kiçikhəcmli təyyarə Kalispell aeroportunun uçuş-enmə zolağında bir birinə dəyib.

Nəticədə böyük partlayış baş verib və qatı duman səmaya qalxıb.

Hadisə zamanı ölən və yaralananların olub-olmadığı barədə hələlik məlumat verilməyib.

Hadisə yerinə aidiyyəti orqanların əməkdaşları cəlb olunub.

***

ABŞ Federal Aviasiya Xidməti bildirib ki, qəza nəticəsində 4 nəfər həlak olub.

Məlumata görə, “Socata TBM 700” tipli yüngül təyyarə Montana ştatının Kalispell hava limanına endikdən sonra başqa bir təyyarə ilə toqquşub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.