Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ-də kiçik təyyarə qəza etdi - Ölənlər var
 
						ABŞ-də kiçik təyyarə qəza etdi 
							 - Ölənlər var
Əlavə olunub: 08.06.2025 | 07:31 | Baxılıb: 695
ABŞ-nin Arizona ştatının Çinl hava limanı yaxınlığında təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

“love.az” TASS-a istinadən xəbər verir ki, bu haqda ştatın polisi məlumat yayıb.

“Çinl hava limanı yaxınlığında kiçik təcili yardım təyyarəsi qəzaya uğrayıb və yanıb. Təyyarədə dörd nəfər olub, hamısı xarici olub”, - məlumatda deyilir.

Qeyd olunur ki, təyyarə xəstəni götürmək üçün xəstəxanaya gedirmiş. Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının və Federal Aviasiya Administrasiyasının nümayəndələri qəzanın səbəblərini araşdırmaq üçün hadisə yerinə gediblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.