Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.22.2025 | 18:25 | Baxılıb: 1351
Kaliforniyanın San Dieqo şəhərində “Cessna” markalı təyyarə yaşayış massivinin ortasına düşüb.

“love.az” xəbər verir ki, bu barədə “Metro” nəşri yazıb.

“Biz Skulpin küçəsi və Santo yolu bölgəsində baş verən təyyarə qəzasına reaksiya veririk. Zəhmət olmasa, təcili yardım briqadalarının təhlükəsiz işləməsi üçün ərazidən uzaqlaşın”, - yerli polis idarəsi bildirib.

İlkin məlumata görə, hadisə nəticəsində 15 evə ziyan dəyib. Təyyarə qəzaya uğradıqdan sonra bir neçə avtomobil yanıb, lakin yanğın tez bir zamanda söndürülüb. Yerli sakinlər təxliyə edilib. Ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.