“love.az” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidovun İran və ya Rusiya “Tramp marşrutu”na (red. - Zəngəzur dəhlizi) mane olmağa çalışsalar, ABŞ-nin hansı addımları atacağı ilə bağlı sualını cavablandırarkən deyib.
O, bəyan edib ki, Azərbaycan və Ermənistan ABŞ ilə iqtisadi sazişlər imzalayıb ki, bu da ABŞ biznesi üçün yeni imkanlar açır.
Bryus bildirib ki, Aİ, Fransa, Rusiya və Baydenin dövründə olan ABŞ Ermənistan və Azərbaycan arasında sülhə cəhd ediblər, lakin buna yalnız Tramp nail olub.
“Dünya bilir ki, Tramp münaqişələrin və ya ədavətin nə qədər davam etməsindən asılı olmayaraq, ölkələr arasında uzunmüddətli, davamlı sülhə sadiqdir”, - Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib.
Xatırladaq ki, İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq.