Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ Dövlət Departamentindən üçtərəfli görüşlə bağlı açıqlama
 
						ABŞ Dövlət Departamentindən üçtərəfli görüşlə bağlı açıqlama
Əlavə olunub: 08.08.2025 | 01:20 | Baxılıb: 1711
ABŞ Dövlət Departamenti Prezident Donald Trampın Volodimir Zelenski ilə danışıqlar olmadan Putinlə görüşüb-görüşməyəcəyini dəqiqləşdirməyib. 

“love.az”TASS-a istinadən xəbər verir ki, Amerika administrasiyası rəhbəri Donald Trampın Ukrayna Prezidenti Vlodimir Zelenskinin iştirakı ilə üçtərəfli danışıqlar aparılmayacağı təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşə hazır olub-olmadığını dəqiqləşdirməyib.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Tommi Piqott jurnalistlərə bildirib ki, onların əsas məqsədi bu münaqişəyə son qoymaq, tərəfləri danışıqlar masası arxasına əyləşdirmək, atəşkəs, eləcə də uzunmüddətli və davamlı sülhü təmin etməkdir. 

“Biz sülhün əldə edilməsinə kömək etməyə, bu münaqişəyə son qoymağa, qan tökülməsini dayandırmağa hazırıq. Bizi hərəkətə gətirən siyasət budur” ,deyə - Piqott bildirib. 

Onun fikrincə,  bu münaqişənin diplomatik yolla həllini təmin etmək üçün əsas tərəfləri danışıqlar masasına oturtmaqdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.