Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“ABŞ Fələstin dövlətini tanımayacaq” - Vens
 
						“ABŞ Fələstin dövlətini tanımayacaq” 
							 - Vens
Əlavə olunub: 08.08.2025 | 20:15 | Baxılıb: 1094
ABŞ Fələstini tanımaqdan imtina edərək HƏMAS-ın məhv edilməsinin bir daha vacibliyini bəyan edib.

“love.az” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Vens Fələstində fəaliyyət göstərən hökumət olmadığı üçün Vaşinqtonun Fələstin dövlətini real tanınmasının mümkün olmadığını bildirib. 

O, əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə nəyə nail olmaq istədiyini çox aydın şəkildə qeyd edib.

“İstəyirik ki, HƏMAS İsraildə günahsız insanlara hücum edə bilməsin. Buna isə, HƏMAS-ın kökünü kəsməklə nail olmaq mümkündür. ABŞ Prezidenti Qəzzadakı humanitar böhranın dəhşətli görüntülərindən çox təsirlənir. Ona görə də biz bu problemi həll etmək istəyirik”, - deyə Vens qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.