
“love.az” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstanda keçirilən V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib.
Cənubi Qafqazda kommunikasiyaların açılmasından danışan Paşinyan ABŞ-nin vasitəçiliyi ilə avqustun 8-də Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanan sazişlərə toxunub.
“ABŞ və razılaşdırılmış üçüncü tərəflərlə birlikdə Ermənistan ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi çərçivələrinin müəyyənləşdirilməsi üzərində işləyəcəyik. Biz bu məqsədə qısa zamanda çatmaq üçün vicdanla bütün tədbirləri görmək qətiyyətimizi təsdiqləyirik”, - Baş nazir bildirib.