Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.30.2025 | 03:40 | Baxılıb: 2450
“Ukraynada münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyiş olmasa, ABŞ danışıqlarda iştirakını dayandıracaq”.

“love.az” “The Moscow Times”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Brüs deyib.

O, həmçinin bildirib ki, ABŞ dövlət katibi Marko Rubio yaxın gələcəkdə münaqişənin həlli üçün Rusiya və Ukraynadan konkret təkliflər gözləyir.

“İndi münaqişənin hər iki tərəfinin konkret təkliflər irəli sürməsi zəruridir. Əgər irəliləyiş olmasa, biz artıq bu prosesdə vasitəçi kimi iştirak etməyəcəyik”, - deyə Temmi Marko Rubiodan sitat gətirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.