Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Abşeronda narkotacirlərin saxlanılması əməliyyatından - Görüntülər
 
						Abşeronda narkotacirlərin saxlanılması əməliyyatından 
							 - Görüntülər
Əlavə olunub: 07.24.2025 | 18:50 | Baxılıb: 1474
Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini 38 yaşlı Rüfət Qədirov və 26 yaşlı Həsən Musayev saxlanılıblar.

Bu barədə “love.az”ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

R.Qədirovdan 1 kiloqram heroin və 3 kiloqram 447 qram marixuana, H.Musayevdən isə 495 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək, Abşeron RPİ əməkdaşlarının ilin əvvəlindən narkotiklərlə bağlı keçirdikləri əməliyyatlar zamanı 51 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu istiqamətdə əməliyyatlar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.