Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.15.2025 | 14:46 | Baxılıb: 1247
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“love.az” xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində baş verən qayda pozuntuları ilə bağlı qərarlar da verilib.

Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 45-ci dəqiqəsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Ağdaş” komandası 1000 manat cərimə edilib.

Xatırladaq ki, Ruslan Hüseynov 2-ci liqanın oyunlarında da hakimləri təhqir etdiyinə görə bir neçə dəfə 4 və 5 oyunluq cəzalarla üzləşib.

Matçın 76-cı dəqiqəsində “Ağdaş” komandasının 10 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb,  klub 1000 manat cərimə edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.