Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.08.2025 | 15:42 | Baxılıb: 4134
Xəbər verdiyimiz kimi, bu gün AFFA millinin baş məşqçisi Fernandu Santuşu istefaya göndərib. 

“love.az"in məlumatına görə, bu məqamda AFFA-nın portuqaliyalı mütəxəssisə nə qədər təzminat ödəyəcəyi maraq doğurub.

Ancaq çalışdırcı bu barədə müzakirə aparmaqdan imtina edib və bütün məsələlərə nümayəndəsinin aydınlıq gətirməsini istəyib.

Bildirilib ki, məşqçinin agenti tezliklə Bakıya gələcək və yekun razılaşma olacaq.

Xatırladaq ki, AFFA ötən ilin iyununda Santuşu baş məşqçi postuna təyin edərək onunla 3+1 illik müqavilə imzalamışdı. Belə olduğu halda  AFFA-nın mütəxəssisə təxminən 4 milyon manat təzminat ödəniləcəyi gözlənilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.